Ankara booked.net
+19°C

17-04-2021 21:12 Kategori: AZERBAYCAN | Bölge: (Azerbaycan)

Türklər deyil, ermənilər soqırım etdi-ARAŞDIRMA

Türklər deyil, ermənilər soqırım etdi-ARAŞDIRMA
  • Facebook Paylaş
  • Yorum Yaz

"Türklərə qarşı həyata keçirilən 100 illik soyqırımların Xocalı soyqırımı kontekstində təhlili, Türk soyqırımlarının tarixi-siyasi səbəbləri"

 

Yasəmən Qaraqoyunlu

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutu

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan müharibəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Azərbaycan mətbuatında və internet saytlarında Xocalı soyqırımı haqqında rəsmi məlumatlar belə əks olunmuşdur: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.

Şəhərdə qalmış təqribən 2500 nəfər əhaliyə erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri tərəfindən divan tutulmuşdur. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar – 63 nəfər; qadınlar – 106 nəfər; qocalar – 70 nəfər; 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar – 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür: 150 nəfər itkin düşmüşdür. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…

Xocalıda Türklərə qarşı həyata keçirilən bu qırğınlar – Xocalı faciəsi əslində XIX-XX əsrlər boyu İran-Anadolu-Azərbaycan coğrafiyalarının hər tərəfində həyata keçirilmişdir ki, biz bunu “Türk soyqırımı” adlandırırıq. Əslində Türk dövlətləri içində, Türk coğrafiyasında “Dənizdən dənizə Böyük Ermənistan” qurmaq istəyən ermənilər tərəfindən Türk soyqırımları həyata keçirilmişdir ki, Xocalı soyqırımı bunlardan yalnız biridir.

Ermənilər Türk torpaqlarını işgal edərək böyük Ermənistan qurmaq planlarını  iki  ideyadan istifadə etməklə həyata keçirmişlər.

  1. Xristian kimliyi

 

Ermənistanın 1919-cu il sentyabrın 12-də ABŞ-da “Ermənistanın Amerikaya çağırışı” adlı ilk dəfə nəşr olunan fəryadına nəzər salaq. İngilis, erməni, fransız və ivrit dillərində yazılmış bu sənəddə oxuyuruq: “…Bizim xaç qardaşlarımız, mütləq məhv olmaq təhlükəsi Ermənistanı yaxalayıb, cənginə alıb. Ermənistan xristian Amerikasına sonuncu yalvarışını göndərir ki, Ermənistanı xilas etsin… Əgər erməni xalqı məhv edilərsə, xristian kilsəsi əbədi rüsvay olacaq. Olmazmı ki, bunu dərhal kilsə icmaları təşkilatınızın nəzərinə çatdırasınız və hər bir kişidən, hər bir qadından xahiş edəsiniz ki, ştatların prezidentinə və senatorlarına teleqram göndərib, Ermənistanı xilas etmək üçün zəruri tədbirlər görməyi rica etsinlər… Ermənistan ölür. Amerika sözünü deməlidir…”

Bu hiyləgərcəsinə yazılmış tarixi sənədin üstündən təqribən 100 il ötməsinə baxmayaraq, hələ də müasirdir və elə bil dünən yazılıb. Fransa tarixçisi Pyer Loti yazır: “Ermənilər xristian kimliyindən yetəri qədər faydalandılar və hər kəsi bununla aldatdılar.”

  1. Hind-Avropa-Ariya irqi kimliyi

Paris Sülh konfransına hazırlıq ərəfəsində İttihad və Tərəqqi höküməti tərəfindən Osmanlıda ermənilərin xəyanətlərini, türklərə qarşı törətdikləri soygunçuluq və qətlləri əks etdirən “Bəyaz Kitab” (Erməni Komitələrinin Amal ve Harakati-i İhtilaliyesi) kitabı çap etdirildi. Erməni Qriqor Çalquşyan bu kitaba cavab olaraq daşnaklar tərəfindən yüksək qiymətləndirilən “Qırmızı kitab”ı  yazdı. Kitabda Türk irqi aşagılanır, onların Hind-Avropa kökənli olmadıgı, monqollarla qohum olduqları, bu üzdən aşagı mədəniyyətli bir millət oldugu əsaslandırılır, Hind-Avropa  kökənli irqlərin üstünlüyü iddia edilir, bu irqdən olan ermənilərin Avropa mədəniyyətinin davamı oldugu və qafqazda sivil toplum kimi yalnız ermənilərin dövlət qurma haqqının oldugu əsaslandırılırdı. “Ermənilər ən qədim xalq, ən sülhsevər, ən ali irqlərdən birinin təmsilçiləridir. Şərqi Avropanın əzəmətli şəhəri Konstantinopola gələn ermənilər 1453-cü ildən bu yana acılar içərisindədir. Türk qəfəsə salınası bir vəhşidir”, “Xristian bir toplum üçün müsəlman boyunduruguna baglı idarəçiliyin təsiri altında qalmaq olduqca təhlükəlidir”, “Türk irəliləməyə niyə bu qədər can atır?”, “Türk ən yaxşı insan irqinin – ermənilər kimi hind-Avropa və ya Ari irqinin bir qolu deyildir. Türk irqlər arasında ikinci ən yaxşıdan – yəhudilər, ərəblər kimi semit irqdən də deyildir. Mongol irqinin bir qolundan gəlir ki, buna görə də qarmaqarışıq düşüncələrin və ən əsası, yüksək əxlaqa söykənən dəyərlərin kasadlığı ilə tanınır. Türkün düşüncə səviyyəsinin geriliyi …ən aşagı səviyyəli dinə tapınması onu bu gün …aşagı səviyyəyə salmışdır. Müsəlman əxlaqsız yaradılış olmaqla… şəxsiyyət və iradə baxımından daha çox zəifliyi ilə diqqəti cəlb edir. Xristian olan şəxslər ruh yüksəkliyi və iradə baxımından daha çox İsa peyğəmbərə məxsus əxlaqa sahibdir….”

Rusiyanın Qafqazı işgal etməsindən, I dünya müharibəsi zamanı Antanta Dövlətlərinin Osmanlı İmperiyasını bölmək məqsədilə Osmanlıya qarşı apardıqları müharibədən, SSRİ-nin qurulması prosesindən istifadə etməklə “Dənizdən Dənizə böyük Ermənistan”ın qurulması planını addım-addım həyata keçirmək istəyən ermənilər Anadolu və Azərbaycanın müxtəlif bölgələrində erməni dövlətlərinin qurulması məqsədilə kütləvi qırğınlar törətmişlər. Etnik təmizləmə və soyqırım həyata keçirilməklə erməni dövlətinin qurulması planlaşdırılan bölgələr aşağıdakılardır.

1. Cənubi Qafqaz erməni dövləti –Ermənistan

2. Şərqi Anadolu erməni dövləti

3. Adana-Çuxurovada qurulan erməni dövləti – Kilikiya

4. Urmiyada  cilovluq hərəkatı ilə qurulan Kiçik Ermənistan dövləti

5. Bakıda Şaumyanın rəhbərliyi ilə qurulan Sentrokaspi höküməti – Bakı erməni dövləti

Daşnaksütyun partiyasının lideri Hovhannes Kaçaznuninin rəhbərliyi dövründə 1919-cu ildə “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ermənilər Paris sülh konfransına momerandum təqdim etmişdilər. Momerandumda Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəb səhralarına qədər olan torpaqlarda qurulmuş Ermənistan dövləti tələb edilirdi. Həmin  Momerandumda:

  1. Sərhədləri genişləndirilmiş Cənubi Qafqaz respublikası

      2. Türkiyənin yeddi vilayəti

      3. Kilikiyada dörd sancaqdan ibarət ərazilər Ermənistan əraziləri  kimi  təqdim olunurdu.

Erməni müəllifi S.Q.Pirumyan “Daşnaki za rubejom” kitabında yazır: “Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəb səhralarına qədər olan torpaqlrda neçə-neçə milyon türkün və digər erməni olmayan xalqların arasında bircə nəfər erməni yoxsa, Ermənistan dövləti yaratmaq kimi başqa gülünc ideya ola bilərmi?” Birinci dünya müharibəsi illərində Antanta ölkələri Osmanlını bölmək siyasəti yürütdülər. Böyük Britaniya, Fransa, Rusiya dövlətləri Osmanlı imperiyasını bölmək məqsədilə öz aralarında gizli müqavilə bağlamışdılar. Bu ölkələrin xarici işlər nazirləri Sayks-Piko-Sazonov yaxın Şərqin coğrafiyasını bölmüşdülər. Fransa Cənubi Anadolunu, Kayserini, İngiltərə Osmanlının Yaxın şərq (Ərəb torpaqları) ərazilərini, Rusiya İstanbul, Muş və Trabzon arası bütün əraziləri, İtaliya Antaliya, Konya və Egey dənizi sahillərini alacaqdı. Müharibənin sonuna yaxın İtaliyanın iddia etdiyi bu torpaqlar Yunanıstana vəd edildi. Bundan ruhlanan Yunanıstan 1919-cu ilin 15 mayında İzmiri işgal etmişdi. İngilislər Yaxın Şərqi-Səudiyyə Ərəbistanı, Suriya və İraqı  işgal etmək məqsədilə Ərəbləri Osmanlıya qarşı üsyana qaldırdılar.

Adana- Kozan-Cuxurovada qurulan  Kilikiya Erməni dövləti

1918-ci ildə İngiltərə Xarici İşlər Nazirliyinin planı əsasında Fransa və İngiltərənin işgalı altında olan Adana-Çuxurova və Şimali Suriya bölgəsində Türkiyə və Ərəbistan arasında forpost Erməni dövlətinin qurulması planlaşdırıldı. Bu plana uyğun olaraq Amerika, Misir, Suriya və Fransadan gələn ermənilər sürətlə bu bölgəyə yerləşdirildilər. Tezliklə bu bölgədə 100 minə yaxın erməni yerləşdi. Lakin ermənilərin sayı az oldugundan burada dövlət qurmaq məqsədilə yerli türklərə qarşı soyqırım və etnik təmizləmə həyata keçirməyə başladılar. 10 min erməni əsgəri fransız hərbi paltarı geyinərək fransız adı altında Türklərə qarşı soyqırıma başladı. Bu soyqırımda Çuxurova və Adanada qurulmuş “Kamavor”, “Erməni İntiqam Alayı” da erməni əsgərlərinə yardım etdi. Fransız tarixçisi  Pyer Loti Fransanın dəstəyi ilə Ermənilərin Türklərə qarşı həyata keçirdiyi bu soyqırımı “mədəni bir xalqa yaraşmayan barbarlıq” adlandırmışdı.

Şərqi Anadoluda qurulanTürkiyə Ermənistanı

1807-1917-ci illər arasında 5 rus-türk müharibəsinə səhnə olan Qars üç dəfə rus işgalı altına düşmüşdü (1828, 1877, 1915). 1917-ci ilin fevralında və oktyabrında Rusiyada baş verən inqilablar birinci dünya müharibəsinin nəticələrini dəyişdi. 3 mart 1918-ci ildə Brest-Litovsk müqaviləsi ilə Rusiya müharibədən çıxdı. Brest-Litovsk müqaviləsinə əsasən Rusiya işgal etdiyi Şərqi Anadolu vilayətlərini tərk edib Türkiyəyə geri verməli idi. Şərqi Anadolunu tərk edən Rus Orduları geri dönərkən bütün silahlarını Türkiyəyə qarşı vuruşan ermənilərə təhvil verdilər. Ermənilər bu silahlarla Şərqi Anadoluda və cənubi Qafqazda Türklərə qarşı soyqırıma başladılar. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi və Brest-Litovsk müqaviləsinin şərtlərinə əsasən Rus qoşunları Şərqi Anadolunu tərk etsə də, Lenin və Milli məsələlər üzrə komissar İ.Stalin Şərqi Anadolunun erməniləşdirilməsi siyasətini dəvam etdirdilər. Şərqi Anadoluda etnik demoqrafik  status-kvonun ermənilərin xeyrinə dəyişdirilməsi (ermənilərin bu bölgəyə köçürülməsi və yerli türklərin soyqırıma uğradılması) və referendum keçirməklə Şərqi Anadolunun Rus Bolşevik imperiyasına (Ermənistana) birləşdirilməsinə nail olmaq siyasətini yeridirdilər. Bu məqsədlə Şərqi Anadoluda yerli türkləri soyqırıma uğratmaq və 1915-ci ildə köçürülən erməniləri yerli türklərin yerinə köçürməklə burda erməni dövləti qurmağa çalışırdılar. Rus ordusu geri çəkilsə də, erməni ordusu geri çəkilməmişdi və türk ordusu 1918-ci ildə fevralın 12-də Ərzincanı, Ərzurumu erməni işgalından azad etdilər, 5 apreldə Qarsın girişi olan Sarıqamış ermənilərdən təmizləndi, 25 apreldə  Qars, Ərdəhan, Batum ermənilərdən təmizlənərək Osmanlıya qatıldı. 1918-ci ilin 11 mayında Batum konfransı oldu. Batum müqaviləsində Ahıska, Axırkələk, Gümrü  Osmanlı tərəfindən tələb edilməkdə idi. 4 iyun Batum müqaviləsi ilə İrəvan bölgəsi Ermənilərə güzəştə gedildi, bununla Cənubi Qafqazda Azərbaycan, Ermənistan, Gürcüstan  və Dagıstan dövlətləri arasında sülh elan olundu.

Bu dövrdə ABŞ və İngiltərə “Vilson prinsipləri” əsasında Osmanlı imperatorlugunun bölünməsi və bu prinsiplər əsasında hansısa böyük dövlətin protektoratı altında Osmanlı torpaqlarında “Müstəqil Ermənistanın yaradılması” planını dəstəkləyirdilər. Osmanlıda Tələt Paşa höküməti Vilson Prinsiplərini qəbul etmədi və istefa verdi (8 oktyabr 1918-ci il). Onun yerinə keçən Əhməd İzzət Paşa höküməti birinci Dünya müharibəsində Osmanlı dövlətinin məğlubiyyətini faktiki olaraq qəbul etdi. 1918-ci ilin 30 oktyabrında Osmanlı dövləti ilə Müttəfiq dövlətlər arasında təslimçi Mudros müqaviləsi baglandı. Bu müqaviləyə görə Osmanlı dövləti öz məğlubiyyətinə imza atır və türk torpaqlarının bölünərək bir qisminin ermənilərə, bir qisminin isə yunanlara verilməsinə şərait yaradırdı. Bu müqaviləyə görə Osmnlı torpaqları müttəfiq dövlətlərin əlinə keçirdi. Bu müqaviləyə əsasən, İranın  Şimal-qərbindəki (Güney Azərbaycanın Urmiya bölgəsində Kazım Qarabəkir paşanın qoşunları Ermənilərin qurduqları kiçik Ermənistan dövlətini dağıtmışdı, Osmanlı ordusu Urmiya bölgəsində yerli əhalini erməni quldur dəstələrindən qorumaqda idi) və Cənubi Qafqazdakı (Qafqaz Seymində fəaliyyət göstərən Azərbaycan Mili Şurasının rəhbəri M.Ə.Rəsulzadə başqanlıgı ilə Osmanlı Höküməti arasında baglanmış müqaviləyə əsasən Azərbaycana gələn Nuru Paşa rəhbərliyindəki Qafqaz İslam Ordusu türklərə qarşı soyqırım həyata keçirən erməni quldurlarını dagıtmış, Bakını ermənilərdən azad etmişdi) Osmanlı ordusu 1-ci dünya müharibəsindəki sərhədlərə çəkilməyə məcbur edildilər. Mudros müqaviləsini imzalayan dövlətlər Rusiya və Osmanlı dövlətləri arasında baglanmış Brest-litovsk müqaviləsini tanımadıqlarını bildirdilər. Brest Litovsk müqaviləsinə görə Rusiya Şərqi Anadolu bölgəsindən çıxmalı və bu bölgəni Osmanlıya qaytarmalı idi. Lakin Mudros Müqaviləsi əsasında Şərqi Anadolu yenidən Osmanlının nəzarətindən çıxaraq ingilislərin nəzarətinə keçirdi. İngilislər Batumu, gürcülər Ahıska və Ərdəhanı, ermənilər Qarsı tutmaq məqsədilə hərbi işgallara başladılar.  Bu dövrdə 1918-ci ildə Qarsda “Qars Milli Şurası Mərkəzi Ümumisi” adlı məhəlli hökümət qurulmuşdu. 1918-ci il dekabrın 1-də Milli Şura “Cənub-Qərbi Qafqaz (Qars) Cümhuriyyəti”ni qurdu. Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin ərazisinə Qars və Batum Vilayətləri, Ahıska, Axırkələk, Şərur, Naxçıvan, Sürməli, İrəvan quberniyasının cənub-şərq bölgələri daxil idi. Cənub-qərbi Qafqaz respublikası Parlamentinin sədri Əsəd Bəy Hacıyev, nazirlər Şurasının sədri ibrahim bəy Cahangirov, hərbi nazir Həsən bəy Cahangirov, daxili işlər naziri Rza bəy, Xarici işlər naziri Fəxrəddin bəy, maliyyə naziri Məmməd Bəy Sultanov, təhsil naziri Andrianov təyin edildilər. Cənubi-qərbi Qafqaz Cümhuriyyətinin 15 minlik ordusu yaradıldı və bu ordu erməni quldur dəstələrini Şərqi Anadoludan təmizləyəcəkdi. Türkiyə hərbi komandanlığı və Azərbaycan Demokratik Cümhuriyyəti ikinci Azərbaycan cümhuriyyəti olan Cənubi-qərbi Qafqaz cümhuriyyətini dəstəkləyirdi, lakin Amerika və İngiltərə Vilson müqaviləsi şərtlərindən çıxış edərək Cənub-Qərbi Qafqaz (Qars) cümhuriyyətinin yerində Şərqi Anadolu erməni dövləti qurmaga çalışırdı. Bu məqsədlə 12 aprel 1919-cu ildə Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin parlamenti ingilis ordusu tərəfindən mühasirəyə alındı və 30 millət vəkili, hökümət üzvləri həbs edilərək Batuma, oradan da Maltaya sürgün edildilər. Qars Cümhuriyyətinin süqutundan sonra erməni Osipyans komandanlığında erməni hərbi hissələri Qarsa daxil oldu. İngilislər qatı daşnak milliyyətçi Korqanovu Qars vilayətinin qubernatoru təyin etdilər. Qars bölgəsi ingilislər tərəfindən ermənilərə təhvil verildi və ermənilər yerli əhaliyə qarşı soyqırıma başladılar. Sarıqamış faciəsindən sonra Ruslara əsir düşn 1800 türk əsgəri ermənilərin əlinə keçmişdi. Bu əsgərləri bir gecədə qətl etmişdilər. Ermənilər Qars, Gümrü, Kağızman, Ərdəhan, Axırkələk bölgələrində, İrəvan bölgəsində soyqırıma başladı. Şörəyel-Agbaba bölgəsinin (indiki Amasiya) əhalisi, Zarşad, Çıldır bölgəsinin əhalisi, İrəvan vilayətində 30-dan çox kəndin əhalisi bütünlüklə, Qarsın Subatan, Şiştəpə, Düzkənd, Malazbert, Alaca, Təkkli, Hacıxəlil, Kalaköyü, Külverən, İlanlı, Yalçınlar kəndlərinin, Arpaçayı üstündə olan bütün kəndlərin əhalisi kütləvi şəkildə yandırılmış, qətl edilmişdi. Eyni qətliam Axırkələk, İqdır, Agrı bölgələrində də davam etdirildi. Beləliklə, 1878-ci ildən etibarən rus işgalında aclıq və səfalət içində yaşayan şərqi Anadolu-Qars bölgəsinin yerli türk-müsəlman əhalisi kütləvi şəkildə ermənilər tərəfindən soyqırıma uğradıldı. Azərbaycan alimi Oktay Hacımusalı “Hocalı 1992” adlı kitabında Şərqi Anadoluda dörd milyon Türkün etnik təmizləmə siysətinin qurbanı olduğunu yazır. XV Ordu Komutanı Kazım Qarabəkir Paşanın Ermənistan Respublikasının Hərbi Komandanlıgına göndərdiyi 21 mart 1920-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İrəvan quberniyasında və Qarsda ermənilərin Türklərə qarşı törətdikləri soyqırıma Ərzurumdakı ingilis Nümayəndəliyinin təmsilçisi Ravlinson və Amerikanın generalı Harbort da şahidlik etmişlər. 23 aprel 1920-ci ildə Ankarada Türkiyə Böyük Millət Məclisinin açılması və Milli hökümətin qurulması dönüş nöqtəsi oldu. Ermənilər Türkiyə ərazisində dövlət qurmaq planlarından məhrum oldular. Atatürk öndərliyində Türkiyənin istiqlal mübarizəsi nəticəsində Şərqi Anadoluda erməni dövlətinin qurulması planı iflas oldu. Daşnaksütyun Partiyasının liderlərindən biri Hovhannes Kaçaznuni Daşnaksütyun Partiyasının XI Konqresində demişdi: “Türkiyə Ermənistanı deyilən bir şey yoxdur. Bu mövzu Lozannada dəfn edilmişdir”. Lakin ermənilr bu siyasətlərindən əl çəkmədilər. Şərqi Anadoluda erməni dövləti qurmaq məqsədilə 4T planı quraraq 1950-ci illərdən etibarən Türkiyə Dövlətinə qarşı “Erməni soyqırımı” iddiası ilə təzyiqlərə başladılar.

Erməni soyqırımı iddiası və ya Qondarma “erməni soyqırımı” — birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır.  Qeyd edək ki, Rusiya öndərliyində güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikiya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə, silahlı erməni üsyanları artmağa başlamışdı. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşmiş daha sonra Van, Sason, Adana üsyanları bir-birini izləmişdir. Bu hadisədən sonra 1905-ci ildə sultana suiqəsd cəhdi olsa da, uğursuzluqla nəticələndi. Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya Müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bugün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların bir çoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. “Erməni soyqırımı” iddiaları 1950-ci illərdən – yəni “soyqırım” ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib. Beləliklə, 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər  Latın Amerikası, ABŞ, AB ölkələrində,”Erməni soyqırımı” iddialarını tanıtmağa nail olublar. Soyqırım iddiasının yayıldığı areal isə əsasən Avropa və Amerika ölkələridir. Avropada qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döydüyü Avropa Birliyinin üzvüdür. Türkiyənin “strateji müttəfiqi” ABŞ-da “soyqırım”ı tanıyan ştatların sayı 30-a çatıb. ABŞ Konqresinin gündəliyində “soyqırım”la bağlı iki layihə daim gündəmə gətirilir. ABŞ prezidentləri isə hər il aprelin 24-də “soyqırım” sözünü təkrar edirlər. Amerika və Avropadan kənarda “soyqırım”ı tanıyan cəmi iki ölkə var: Rusiya və Livan. “Erməni soyqırımı”nı tanıyan beynəlxalq təşkilat isə Avropa Parlamentidir. Bu təşkilat 1987-ci ildə “erməni soyqırımı” nın tanınması haqqında qərar çıxarmış, Türkiyənin Avropa Birliyinə üzvlüklə bağlı müraciətindən əvvəl,  2005-ci ildə bu qərarını təzələmişdir.  Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri “soyqırım” kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilir. Erməni İnqilab Federasiyası “Daşnaksütyun”un liderlərindən Hrant Markaryan etiraf edir ki, “soyqırımı” tanıtma fəaliyyətləri Qərbi Ermənistanı (Şərqi Anadolu nəzərdə tutulur-Y.Q) xilasetmə məramının bir hissəsidir. Ümumiyyətlə ermənilərin və erməni lobbisinin hədəfi “4 T” adlanan tələblərinin yerinə yetirilməsidir. “Erməni soyqırımı” siyasəti ilə  Ermənilər Türkiyənin Şərqi Anadolu bölgələrini və Naxçıvanı da Ermənistana birləşdirmək məqsədi ilə 4T adlı strateji siyasi proqram qəbul etmişlər.

4T proqramına daxildir:

  1. a) erməni soyqırımının dünyada tanınması,
  2. b) Türkiyənin soyqırımı tanıması,
  3. c) Türkiyənin soyqırım əvəzinə təzminat ödəməsi,
  4. d) Türkiyənin şərqində – doğu Anadolu bölgəsində Naxçıvan da daxil olmaqla ermənilərə torpaq verilməsi.

 

4T proqramı vasitəsilə Türkiyənin bölünməsi və ərazilərinin Ermənistana birləşdirilməsi planlaşdırılır. Bu plan əsasında Türkiyə və Azərbaycan arasında quru sərhədlərin aradan götürülməsi, bir-birindən təcrid edilməsi nəzərdə tutulur. 4T proqramına uyğun olaraq dünyanın 20-dən çox ölkəsi, ABŞ-ın 30 ştatı, Vatikan, Avropa Parlamenti “Erməni soyqırımını” tanımaqla Türkiyə ərazisini parcalamaq ideyasını gerçəkləşdirməkdədirlər. Hələlik İran parlamenti yerli Türklərdən çəkindiyi üçün soyqırımı tanımaq haqqında qərar çıxarmasa belə, soyqırım abidəsinin ucaldılmasına nail olmuşdur və İran Ermənistanın ən yaxın strateji müttəfiqidir. “Erməni soyqırımı”nı dünyada tanıtdırmaq  məqsədlə 45000 sayt yaradılmış, çoxlu əsərlər yazılmış, rəsmlər və filmlər yayılmışdır. Bununla bərabər, Rusiya və İran strateji müttəfiqi kimi Ermənistanı gücləndirməkdə, Azərbaycan və Türkiyəyə qarşı silah kimi istifadə etməkdədir.

Beləliklə, qeyd etməliyik ki, Türkiyə ərazisində “Türkiyə Ermənistanı” qurmaq planı baş tutmasa da, ermənilər mənfur siyasətlərindən vaz keçməmişlər, 100 ilə yaxındır ki, SSRİ-Rusiya-Qərb-Fars İranı havadarlığı ilə PKK, ASALA kimi təşkilatlar vasitəsilə Türkiyə dövlətinə qarşı müharibə elan edib, terror həyata keçirməklə bu planlarını reallaşdırmağa çalışırlar.

Cənubi Qafqaz Ermənistanı

Ermənilər Cənubi Qafqazın bir çox bölgələrində İrəvan-Naxçıvan, Qarabag, Tibilisi-Borçalı-Loru Pəmbək- Mesxetiyada, Bakıda  erməni Vilayəti təşkil etməyə  çalımışlar. Cənubi Qafqazda Ermənistan dövlətinin yaradılması üç mərhlədə həyata keçirilmişdir.

  1. Azərbaycanın Qərb torpaqlarında ( tarixi İrəvan xanlıgı) yerli Türklərə qarşı  etnik təmizləmə, soyqırım, siyasəti həyata keçirilərək Ermənistan dövlətinin yaradılması;

      2. SSRİ  dövründə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi;

      3. Qarabag və ətraf rayonların işgal edilməsi və Ermənistana birləşdirilmsinə cəhd edilmsi.

1-ci mərhələ; Rusiyanın İrəvan və Naxçıvan xanlıqlarından ibarət “Erməni vilayətinin” yaradılması, Yerli Turklərin İrəvanda soyqırıma ugradılması, ermənilərin İrəvan bölgəsinə köçürülməsi, Batum konfransında İrəvanın müəyyən şərtlərlə ermənilərə güzəştə gedilməsi prosesi baş vermişdir. Bu dövr 1828- 1918-ci illəri əhatə edir.

Kitabi Dədə qorqud dastanlarında türk yurdu kimi adı çəkilən İrəvan bölgəsi Anadolu-Azərbaycan coğrafiyalarını və Türk kültürünü bir-birinə baglayan körpü kimi strateji əhəmiyyətə malikdir. Uzun illər Osmanlı idarəçiliyinə tabe olmuş İrəvan bölgəsi 1600-cü illərdən başlayaraq gah Səfəvi, gah da Osmanlıya tabe olmuş, 1639-cu ildə Osmanlı-Səfəvi arasında baglanan Qəsri-Şirin müqaviləsinə görə, İrəvan Səfəvilərə verilmişdir. 1722-ci ildə təkrar Osmanlı dövlətinin ərazisi içində olan İrəvan 1746-cı ildə Nadir Şahla imzalanan müqavilə əsasında təkrar Səfəvilərə keçmiş, Nadir Şahın ölümündən sonra İrəvanda müstəqil türk xanlıgı yaranmışdır. 1800-cü illərdə İrəvan xanlığına –Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Körpübasar, Abaran, Dərəçiçək, Basarkeçər (Göyçə gölü də daxil olmaqla) kimi mahallar daxil idi. Rus-Qacar, Rus-Osmanlı müharibələrinin  Rusların qələbəsi ilə başa çatmasından sonra Buxarest sülhü (1812), Gülüstan sülhü (1813) baglanarkən İrəvan və Naxçıvan xanlıqları Qacarların himayəsi altında müstəqilliklərini mühavizə etdilər. 1826-1828-ci illərdə Rusiya-Qacar dövlətini məglubiyyətə ugratdı. Rus işğalına qarşı baş qaldıran Gəncə üsyanını (1827) yatızdırdı və 10 fevral 1828-ci ildə Türkmənçay müqaviləsi baglandı. Bu müqaviləyə görə Quzey Azərbaycan, İrəvan, Naxçıvan xanlıqları Rusiyanın tabeliyinə keçdi. 1828-ci ilin 21 martında çar I Nikolay İrəvan, Naxçıvan və Ordubadın “Erməni vilayəti” adlandırılması haqqında fərman imzaladı. Bu qondarma erməni vilayətinin qubernatoru isə gürcü Aleksandr Çavçavadze təyin edildi. Elə həmin dövrdən etibarən Cənubi Qafqaza, İrəvan və Qarabağ bölgəsinə erməni əhali köçürülməyə başlandı. Ermənilərin Azərbaycanın tarixi ərazilərinə köçünü S.Mehdiyev aşağıdakı kimi qruplaşdırıb.

      1. 1928-ci ildən başlayaraq: – İrandan 40.000 , Türkiyədən 84.600, Suriyadan 30.000 nəfər,

  1. 1914-1922-ci illərdə: – Türkiyədən 70.000, Fransadan 30.000 nəfər,
  2. 1946-cı ildən başlayaraq: – İran, Suriya, Livan, Bolqarıstan, Yunanıstan, Rumıniyadan 409.000 nəfər,
  3. 1947-ci ildə: – ABŞ, Fələstin, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumıniyadan 35.000 nəfər,

      5. 1948-1953-cü illərdə: – ABŞ, Suriya, Livan, Fransa, Misir, Bolqarıstan və Rumıniyadan 100.000 nəfər.

Zaqafqaziya Statistika komitəsinin 1886, 1897, 1902, 1915, 1917-ci illərdə verdiyi məlumata görə, yüz ilə yaxın bir dövrdə buraya köçürülən ermənilər artıb çoxalmışdır. Lakin nə qədər artsalar da, yenə yerli türklərdən sayca azlıqda qalırdılar. Erməni kahin Hovannes Şahxatunyanın tərtib etdiyi siyahıda göstərilir ki, 390 il (1441-1828) İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olmuşdur. Hətta İrəvan xanlığının ərazisində yerləşən, bu gün də quldur yuvası kimi fəaliyyət göstərən erməni katolik kilsələrinin keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan siyahı “Erməni Sovet Ensiklopediyası”nda öz əksini tapmışdır”. Erməni yazarları Z.Lalayanın “Tarixi xatirələr” kitabında X.Hakopyan, S.Melikbaxşıyan və X.Barseğiyanın “Ermənistanın və ətraf rayonların toponimlər lüğəti” əsərində və Ermənistan Sovet Ensiklopediyasında birmənalı şəkildə təsdiq olunur ki, İrəvan xanlığının və ətraf rayonların əhalisinin 76%-dən çoxu  Azərbaycan türkləri və müsəlmanlar olmuşdur.

Məhz buna görə də erməni dövlətinin qurulması məqsədilə yerli türklər etnik təmizləmə və soyqırıma ugradılmışdı. “Kavkazski Kalendar”da əks olunmuş məlumata görə “1918-20-ci illərdə Ermənistanda terrorçu Daşnak höküməti  Türk-Müsəlman əhaliyə qarşı soyqırım törətmişdir, indiki Ermənistan ərazisində yaşayan 575 min türkdən 565 mini sürgün və soyqırıma məruz qalmışdır.” Erməni tarixçisi Zaven Qordoyan “Sovet Ermənistanının əhalisi son yüz ildə 1831-1931” adlı əsərində yazır ki, daşnaklardan Sovet Ermənistanına 10 mindən bir az çox türk qalmışdır”. Beləliklə, Rusiya-erməni birləşmləri tərəfindən türk yurdu İrəvanın etnik-demoqrafik vəziyyəti Türkləri soyqırıma uğratmaqla ermənilərin xeyrinə dəyişdirildi. Azərbaycan Cümhuriyyəti İrəvan bölgəsini ermənilərə güzəştə getmək məcburiyyətində  qaldı.

İrəvan xanlığından yerli Türklərin etnik təmizlənməsi prosesi beş mərhələdə həyata keçirilmişdir;

 1-ci mərhələ 1828-1905-ci illəri əhatə edib və 595.000 nəfər soydaşımız deportasiya edilib. 2-ci mərhələ 1905-1907-ci illərə təsadüf edib ki, bu zaman 275.000 türk yurdundan qovulub. 3-cü mərhələ 1914-1920-ci illəri (575.000 qovulub), 4-cü mərhələ 1948-1953-cü illəri (105.000 türk deportasiya olunub), 5-ci mərhələ isə 1988-1990-cı illəri əhatə edib və nəticədə Qərbi Azərbaycandakı 250.000 türk son nəfərinədək deportasiyaya məruz qalıb. Bu illərdə türklərə qarşı saysız-hesabsız qırğınlar törədilib, təxminən 900 minə qədər qərbi azərbaycanlı öldürülüb, yerli əhaliyə məxsus bütün əmlakları talan edilib, yurd-yuvası dağıdılıb, Təkcə 1918-1920-ci illərdə daşnak Andronikin başçılığı ilə törədilmiş soyqırım zamanı 50 mindən çox Azərbaycan türkü və müsəlman əhali öldürülüb. 1948-1953-cü illər deportasiyası zamanı köçürülən 105 min əhalinin yarıdan çoxu  aclıqdan qırılıb.

Bakıda Şaumyanın qurduğu Sentro Kaspi hökümətinin əmrində olan 20 minlik bolsevik-daşnak ordusunun Azərbaycanın muxtəlif bölgələrində həyata keçirdiyi soyqırımın qarşısını almaq, Qafqazda erməni dövləti qurmaq istəyən erməni hərəkatını zərərsizləşdirməklə Azərbaycan Demokratik Cümhuriyyətinin quruculuğuna başlamaq məqsədilə  Milli Şura  Batum danışıqlarında İrəvanın  ermənilərə güzəştə gedilməsi məcburiyyətində qaldı.

Batum danışıqları zamanı İrəvan və ətrafındakı Azərbaycan topraqlarının ermənilərə verilməsi barədə Batum müqaviləsi (11 may – 04 iyun 1918-ci il) imzalanmışdır. Müqaviləyə əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı qəbul edilmişdir. Batum danışıqları zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Türkiyə dövlətləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürmüşüdür. Həmin öhdəliklər aşağıdakılardır.

  1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi S.Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış “Sülh və Dostluq” müqaviləsində təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən, Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürdü.
  2. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaq.
  3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.
  4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.
  5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.

Beləliklə, Batum danışıqlarında yuxarıda göstərilən məsələlərlə bağlı ilkin razılaşma əldə olunmaqla 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan və ətrafındakı 9 min kv.km ərazisi Azərbaycanla konfederativ şəkildə birləşmək şərti ilə ermənilərə güzəştə getmək məcburiyyətində qalınıb. Beləliklə, Cənubi Qafqazda İrəvan bölgəsində Rusiyanın yaratdıgı erməni vilayətində ermənilrin köçürülməsi, yerli türklərin soyqırıma ugradılması ilə Ermənistan dövlətinin yaradılmasına nail olundu.


Kaynak: Haber Merkezi
Editör: Yasemen Qaraqoyunlu
Bu haber 320 defa okunmuştur.
HABERE YORUM YAZIN



FACEBOOK YORUM


DİĞER AZERBAYCAN HABERLERİ

gazete manşetleri 
ANKETİMİZE KATILIN

Türkiye'nin Son Durumu?

39.5%

18.4%

15.8%

26.3%


PUAN DURUMU

E-BÜLTEN ABONELİĞİ