Ankara booked.net
+19°C

01-05-2021 23:29 Kategori: GÜNDEM | Bölge: (Azerbaycan)

Edebiyyat İdeya deyil, Heyat Duyğusudur

Edebiyyat İdeya deyil, Heyat Duyğusudur
  • Facebook Paylaş
  • Yorum Yaz

"‘İnsanın Yazısı Edebiyat Dünyasında'"

Mart ayı başında ‘İnsanın Yazısı Edebiyat’ isimli, Ankara’da yayımlanan geniş hacimli (590 sayfa) bir Edebiyat referans kitabı edebiyat, kültür ve eğitim dünyasına katıldı. Yazarı, eğitimci / şair yazar Rânâ İSLÂM DEĞİRMENCİ. Ankara’da yaşayan Değirmenci’nin 7. telif eseri olan kitapta edebiyatın  ve hayatın altı boyutu, iki bölüm ve altı levha üzerinden anlatlıyor.

 

Yayımlandığı günden bugüne gerek edebiyat ve eğitim çevrelerince ve gerekse akademik çevrelerce ilgi gören kitap hakkında akademik, kültürel, felsefî, sosyolojik açılardan alanlarında söz sahibi olan yurt içi ve yurt dışından birçok kişi yorumda bulundu. Bu kişilerden biri de Azerbaycan’da edebiyat ve yayım dünyasında yeri olan şahsiyetlerden olan Hikmet MELİKZADE. Hikmet Melikzade ‘İnsanın Yazısı

 

Edebiyat’ kitabının edebiyata ve hayata yeni açılımlar kazandırdığını vurgularken esere dair yaptığı kapsamlı kritikte, eseri çok farklı bir boyutta ele alarak ‘eserin felsefî temelleri’ üzerinde durdu. Ankara’dan Bakü’ye edebiyat, kültür ve kardeşlik köprüsünü bir kez daha sağlamlaştıran bu ‘Edebî-Felsefî Kiritiği’Azerbaycan Türkçesi ile yayınlıyoruz.

 

Gerek İnsanın Yazısı Edebiyat’ın yazarı Rana İslam Değirmenci’yi ve gerekse ‘Edebiyat İdeya Deyil Hayat Duyğusudur’ başlığı ile yazdığı kritikle esere yeni bir boyut kazandıran Araştırmacı- Şair / Cumhur Başkanı Ödüllüsü Hikmet Melikzade’yi tebrik ediyor; her iki edebiyatçıya daha nice başarılar diliyoruz.

 

İki devlet bir millet’ olmanın canlı ve taze bir örneği olan Ankara-Bakü arasındaki Şair-Yazarların ‘yazı’ dayanışmasının süreceğini bildirirken (aşağıda yayınlayacağımız yazı tüm kritiğin giriş yazısıdır, yazı devam edecektir) ‘Felsefî Kiritik’in birinci bölümünü sizlerle paylaşıyoruz. 

 

Əgər (milyon illərdir) cə­miy­yət­lərin təsisatlarını ideyalar təşkil edirsə, düşünməliyik ki, insan özü də bir ideyadır və onun zahiri qatı xırda məsamələrdən ibarətdir...

 

İnsan ideya və özü ilə müttəfiq olduğu üçün öz həyat normalarını başqa bir təmasla təmin etmək zorundadır. Bu mənada o, özünün özü ilə inikasını mütləq bilir və öz həyat obrazını (yalnız) ədəbiyyatda tapır. Ədəbiyyat isə ideya deyil, bir həyat duyğusudur...

 

Türkiyənin paytaxtı Ankara şəhərində yaşayan müəllim (öyrətmən), pedaqoq Rəna İslam Dəyirmançının «İnsanın yazısı - ədəbiyyat» kitabının da başlıca qayəsi bu zəruri faktlardır. Bu irihəcmli unikal kitabın əsas hədəfində bir məqsəd var: İnsan yazıdır, taledir, ədəbiyyatdır, bir növ, həyat xəritəsidir və Rəna xanıma görə, insan bir yolçudur, onun həyat yazısı ədəbiyyatın içindədir... Əgər o, həyatı obrazlı (bir) yazı qədər xarakterizə edə bilərsə, ədəbiyyat onun daxili rahatlığına çevrilər...

 

Bizim zənnimizcə, fiziki və maddi cəhətcə möhkəm olması in­sa­nın müstəqil qərarlar verməsinə aşkar zəmin doğurur. Bu zaman isə nəfsi istək «Mən» iddiasını qa­bardır. «Mən»in zahir olduğu vücudda nə yazı, nə ədəbiyyat heç bir məsamə tapmır. Qısası, ədəbiyyat yazısı olmayan insanın özgə səadətinə zor etmək iştahı çoxalır. Bu da cəmiyyətin düşünmək tərzini başqalaşdırır...

 

Fəlsəfədə insan sosial mahiyyət daşıyır; bu mahiyyətə vara bilməyəndə mühitin təsiri ilə səmtini dəyişir. Rəna xanımın kitabında isə belələri ədəbiyyat olmaqdan məhrumdurlar. Bəlkə də buna görə bir sıra cəmiyyətlərdə insanların vətəndaş səviyyəsi emosional səviyyəsin­dən aşağıdır, əqli inkişaf sür­ət­dən qalır. Yəni, insan öz içindən çıxıb həyata, oradan da ədəbiyyata nüfuz etməyəndə, onun iradəsi də zəifləyir, gücü də.

 

«İnsanın yazısı - ədəbiyyat» kitabının süjet xətti, ədəbi konsepsiyası ümumi halda insanı sevə bilməkdir. Daha doğrusu, necə sevə bilməkdir. Rəna xanım bu effektiv mənanı hər kəsin anlaya biləcəyi, həm də anlamayacağı tərzdə cilalayıb, fərqində olduğu müdhiş təfərrüatı bir süjet kimi verib. Anlayan üçün bu kitab bir həyat yolu, bir tale yazısı, anlamayan üçün isə sonradan (anlamağa çalışmadığı üçün) peşiman olacağı bir əlçatmazlıqdır.

 

Böyük Mövlanə Ruminin təbirincə, «sevgi və kimsənin halına acı­ma insanlıq vəsfidir; hiddət və şəhvət isə heyvanlıq». Əgər cəmiyyətlər anlasaydı ki, sevgi - birinin digərinə sə­mi­mi rəğbəti insanlıq vəsfidir, insanın başa düşdüyü tərz de­yil, o zaman əməlini ehtirasdan doğan çirkin niyyətlərə yö­­nəltməzdi. Bu nöqteyi-nəzərdən, Rəna xanım insanın (kütlənin) ədəbiyyatın içində tərpənişini vacib sayır.

Kitabı oxuduqca (həmçinin) anlayırıq ki, insanın nəfsini heç bir qanun tənzimləyə bilməz. İstər hissi qav­rayış, istərsə də intellektual dərketmə onun dəyişkən xarakterli olduğunu təsdiqləyir. Dəyişkən insanın ruhunda ədəbiyyat yazı kimi təcəlla etməz. O, sadəcə qəfil bir təkamülə uğramaq məcburiyyətində qalar.

 

«İnsanın yazısı - ədəbiyyat» kitabında ədəbi zərurət bir neçə qütblüdür. Biz hadisələrin üst qatından bu tezliyi bir neçə rakursda görürük: Birincisi, Rəna xanım təkamül prosesini in­san həyatında daim baş verən proses hesab edir, həm də vurğulayır ki, bu me­xa­nizm fərdlərin sosial həyatında fiziki imkanları azaldır və bu, mənfiyə doğru azalma ilə müşayiət olunduğu üçün böyük fa­ci­ələ­rə zəmin yaradır; ikincisi, adıçəkilən kitabda in­sa­nın (bir fərd olaraq) sosial nöqsanları onun qarşısıalınmaz bioloji key­fiy­yət­ləri ilə izah edilir; Üçüncüsü, Rəna xanım adıçəkilən kitabında insanın xassə və hərəkətlərinin (sosial keçiddə) bir ne­çə məsaməli olduğunun fərqinə varır və aşkar təlqin edir ki, bioloji cəhətdən özünə (Yer qatına) məxsus in­san ruhi cəhətdən Allaha məxsusdur. Ancaq nə üçünsə bu, yazısı ədəbiyyat olmayan insanın düşüncələrində (milyon illərdir) şübhə lə təzahür edir və s.

 

Səmimi deyək ki, kitab (bütün təfsilat və təfərrüatları ilə) oxucuya acı həqiqətlər, real təsvirlər və çoxumuzun fərqinə vara bilmədiyimiz imkanlar barədə tutarlı tövsiyyələr verir. Biz (oxucu olaraq) burada yazılanları sinəsindən düşmən gülləsi dəymiş əsgər iniltisi, yaxud da zəfər çalmış hünərvər bir ordunun qələbə çığırtısı kimi qavrayır, o ruhda Rəna xanımın fikirlərinə şərik çıxırıq. Bu zaman az da olsa, anlayırıq ki, dünya düzəni əsrlərin sınağından çıxmış həqiqətlərin ni­zamı ilə pərvəriş tapır, ağıllı başlar gerçəyi daha dürüst qavrayır, zorla ağlın mübarizəsi bu dürüstlükdən aşağı qata enir... Açığı, insan bir ədəbiyyat yazısı olduğunu anladığı an dərk edəcək ki, ağıl (hansı səbəbə) zaman-zaman hissi idrakda zordan ucada olub...

 

Rəna xanım insanın ruh və bədəndə necə təcəlla etməsinə də (bir neçə yazısında) sətiraltı aydınlıq gətirir. Vurğulayır ki, insan sadəcə, bir özünüdərk məqamıdır, onun həyat məntiqi torpaqla təmasdır. Fəqət, bəzi adamlar insanı Allahla eyniləşdirib, onun bir Ali Varlıq olduğuna inanıblar... Unudublar ki, yazısı ədəbiyyat olmayanın həyatı bir heç olar.

 

Biz də bilirik ki, antik dövrdə çoxları Zevsə, Apollona, Afroditaya Al­lah deyiblər. Bu, bütəsitayiş yaratmaqla, həm də ifrat alu­də­çiliyə maraq artırıb. Elə hürufi təlimində də insan Allah hesab edilib. Fərq odur ki, hürufiçilikdə insanın insana səcdəsi mütləq tələb ki­mi məna kəsb edib. Rəna xanımın «İnsanın yazısı - ədəbiyyat» kitabı səcdəgahın tək bir Allah olduğu qənaəti ilə bütün yanlış təfsilatlara nöqtə qoyur...

 

 Biz «İnsanın yazısı - ədəbiyyat» kitabını böyük coşqu və maraqla oxuduq, açığı, (müəyyən qədər) təəccübləndik; o mənada ki, Rəna xanım insanı fəlsəfi qatlara çıxarıb, onun həyat normalarını ruhi təsvirə çəkib. Həm də onu sosial fərd kimi cilalayıb, onun rəngini, surətini, məqsəd və məramını Adəmdən gələn yəqinliklə açıb. Belə deyək, bəşəriyyət üçün bir özünüdərk ideologiyası cızıb... Necə ki, məşhur bir insanın həyat tezisində yazılıb: «Aclıq və sə­­falət səbəbi ilə (məcburən) dükandan bir çörək oğur­la­dım, mənə altı ay həbs cəzası, sonra da altı ay havayı çö­rək verdilər...». Bu tezis, əslində, (Rəna xanımın düşündüyü kimi) bir cəmiyyət idee­olo­gi­ya­sı­dır - sərt bir mükalimədir. Yəni, belə anlaşılır ki, qanunlar yazılı halda mü­ti, yazılmamış halda müfəssəl, insan nəfsi mənada məğlub, yazı, ədəbiyyat olduğu təqdirdə qalibdir... Bu anlamda «İnsanın yazısı - ədəbiyyat» kitabı bizə göstərir ki, əgər vicdan ən çox yazılmamış qa­­nunlarda bərqərardırsa, onda cəmiyyətlərin hazırkı düzə­ni Allaha sığınanlar üçün keçərsizdir... Çünki «sevgi», «istək» metodoloji yanaşmadır, insana şü­u­run alt və üst qatlarına çıxa bilmək gücü verir. İnsan bu məqamı bir ədəbiyyat kimi beyinə yükləsə, fikri qabarma mü­rək­kəb sistem yaradar, bu sistemin metodoloji dəyəri İlahi his­siyyat olar, dar düşüncəyə malik olanlar bu­nu real, konkret məqsəd kimi şərh edərlər və s.

 

«İnsanın yazısı - ədəbiyyat» kitabı (oxucuya) sevgini İlahi hiss və həyati predmet kimi (həm unikal, həm də universal miqyasda) görə (duya, qavraya) bilmək iqtidarı verir. Bu da təbii ki, insandan dərin düşüncə tələb edir. Bu­nu bütün hallarda, elə «İnsanın yazısı - ədəbiyyat» kitabı vasitəsilə də mexaniki olaraq isbatlaya bilərik.

Rəna xanımın kitabı insan və həyatla bağlı çox şeyə diqqət çəkir. Məsələn, kitabı oxuduqca, anlayırıq ki, insanla zaman arasındakı müstəvidən ilk əvvəl vaxt ke­çir... Bəlkə də buna görə XII əsrdə Həmədanda yaşamış şairimiz Eynəl­hüz­zat yazıb: “Ağ günü qaraldan və qara saçı ağardan vaxtdır.” Müd­riklərimizdən də kimsə deyib: “Düzgün dərk etmə­diyi­miz üçün bəzən deyirik - vaxt keçir; əslində, vaxt durur, ke­çən bizik.” Vaxtı dəqiq xarakterizə edə bildiyi üçün Rəna xanım adıçəkilən kitabında insanın özü və ətrafdakılarla rabitəsini həyatın əsas is­ti­qaməti hesab edir. Bildirir ki, sevgidə bu əlaqəni ədəbiyyat qurur. Ədəbiyyat da ruhi, mənəvi təkamül üçün rəm­zi açardır. O, insanlara təslimçilik ruhu aşı­lamır. Əksinə, onlara zehni düşüncəni necə islah et­mə­yin yolunu açır. İnsan ədəbiyyatın fövqü, ədəbiyyat insanın yazısına çevriləndə aradakı fitrət və mərhəmət hissi mülayim bir en­mədə hadisələri qabaqlayır. Ədəbiyyat insanı müti durumdan çıxarır, insan fərd olaraq vahid bir etiqada üz tutur. Çünki bu zaman onun öz “mə­n”i ilə ikili həyatını təkcə gözəllik deyil, həm də qarşı­lıq­lı anlaşma, ruhi kamillik və təmiz əxlaq tamamlayır.

“Avesta”da xoşbəxtlik ən yüksək nemətlə eyni­ləş­di­ri­lir. Sokrata görə, həyatın mənası xoşbəxtlikdir. Xoşbəxtlik hər şeydən əvvəl mənəvi-əxlaqi cəhətdən tək­milləş­məkdir. Dini-əxlaqi təlim olan daosizmdə xoş­bəxt­lik insanların təbii həyat prinsipləri ilə əlaqələndirilir. “İn­san xoşbəxt olmağa borcludur. Əgər o, xoşbəxt deyilsə, bun­da özü günahkardır...” L.Tolstoy bu qənaətdədir. Se­ne­ka həzzi, nəşəni deyil, fəzilətli işlər görməyi xoşbəxtliyin va­cib şərti hesab edib. Onun fikrincə, uzun ömür o ömür­dür ki, yaxşı əməllərlə doludur. Sokrat deyib: “Özünü dərk et.” İnsan o halda özünü dərk edə bilər ki, ədəbiyyat onun yazısı olsun. İnsanlar xəstə təxəyyüllü olanda onların radikal möv­qe­ləri aşkara çıxır, ədəbiyyat, yazı olmaqdan uzaqlaşırlar. Azğınlıq girdabı onları öz kürkünün için­də boğur. Nəticədə, qan tökülür, ölkələr silkələnir. Hansı ki, ədəbiyyat olmağı bacarsalar, bütün mənalarda rahatlıq taparlar. Necə ki, Rəna xanım bu irihəcmli kitabında deyir: «Məqsədin meyarı hasiletmədi, fikrin zərurəti məqsədə çatmaq. Cahan bu iki sistemin ortasında vulkan sıçradır». Biz də, eynən bu cür düşünüb uzaq və yaxın səmtlərə boylanırıq, fəqət çox vaxt Kainatın adam (Adəm) yaşayan səmtində insan görmürük.

 

Zənnimizcə, ağıllı adam özünü keçmişin küləyi ilə sovrulan həqiqətlərə deyil, real düşüncələrə həsr edir. Real düşüncə də real təhlükədi. Elə məqam var ki, ağa qara deməlisən. Dünya bu prinsip üzərində bərqərardı... Rəna xanımın «İnsanın yazısı - ədəbiyyat» kitabı bizə bu dolaşıq vadidən necə keçə bilmək şansı verir. Oxusaq, anlayıb dərk etsək, görərik ki, Adəmin yaşadığı cəmiyyət nəfsi asılılığın məfkurəsidir. Bu, müəyyən mənada qarışıq səbəblərdən asılı olaraq tarix boyu fikirləri çaşdırıb, əxlaqları pozub, zövqləri korlayıb. Nəticədə, şeytan Mütləq Vücudla Adəm arasında belə demək mümkünsə, keçilməz sərhəd qurub...

 

«İnsanın yazısı - ədəbiyyat» kitabını oxuduqca düşünürük: cəmiyyətlərin əhatə dairəsi, şəkil və texnika xüsusiyyətləri çox dəyişib. Adamın tək və ya cəm halda həyəcan keçirməsi onun iştirakçısı olduğu hadisələr fonunda baş verir. Adamın nəfsi ilə ehtirası arasında mövcud olan həyat elementləri elə qovuşuq şəkildədir ki, onun kim və nəçi olduğunu müəyyən etmək çətinlik törədir. Bu barədə hələlik konkret ictimai fikir-meyar olmadığından ayrı-ayrı dinçilər, müxtəlif təriqət adamları, hətta ateistlər (Allahsızlar) belə, Tanrı-adam münasibətlərində yüz cür yozum edib, həyatın ilk andan dramatik olduğunu əsaslandır­mağa çalışıblar. Belələri həyati aspektdə dramatik ünsürləri qabartmaqla öz qənaətlərinin doğruluğunu sübut etməyə səy göstəriblər...

 

Adəm zülmün içində öz kədərinə (məğlubiyyətinə) qapanıb qalmır. Bəlkə də ictimai ideya və hissi məfkurələr onu dövrün tələbinə uyğun yetişdirmədiyindən o, ilk və son səhvə yol verdi. Şeytanın həyat möv­qeyi Adəm və Həvvada həmişə fəal mövqe kimi diqqət çəkib. İlkin mərhələlərdə şeytana qarşı çıxa bilməmək səbəbindəndir ki, sonrakı dövrlərdə insanların rəzalətdən yaxa qurtarmasına zəmin yaratmaq mümkünsüzdür.

 

Bütün bunlar konflikt yaradan ədəbi və ictimai resursdur, mütləq mənada qlobalizm prinsipidir... Bəlkə də ən çox bu rakurslara görə Rəna xanımın kitabında konflikt bir ideyadır və bu, insanın yazısı fonunda ədəbiyyata ünvan tapır.

Rəna xanımın kitabı diqtə edir ki, adam uçurum qarşısında dayandığını dərk etsin, öz məhvərindən çıxmış dünyanı məhvərinə qaytarsın. Təəssüf ki, dünyada hökmran olan şeytani hissiyyat hakim mövqe tutan nikbinlik və mübarizliyə güc gəlməkdə israrlıdır. 

 

Gözəlliyin kamalını yalnız kamil adamlar başa düşər. Əsrarəngiz təbiət gözəllikləri ilə məkan gözəlliyi üzvi, əbədi bir vəhdətdə dərk edilir. Bu vəhdət pozularsa, ümumən gözəllik qanunları pozular və nəticədə nə təibət kamil gözəlliyə qovuşar, nə məkan. Şübhə yoxdur ki, bu üzvi vəhdəti eyni zamanda məna gözəlliyi, məzmun dərinliyi tamamlayır, bu tamlıqdan bəşəri harmoniya yaranır. Heç bir şübhə yoxdur ki, Rəna xanım Dəyirmançının «İnsanın yazısı - ədəbiyyat» kitabının əsas kateqorik norması insanı bu mənada tamamlaya bilməkdir.

 

*Hikmet Melikzade Kimdir?

 

Hikmət MƏLİKZADƏ (Məlikzadə Hikmət Qəzənfər oğlu) 6 yanvar 1972-ci ildə Azərbaycan Respublikası Bakı şəhəri Şamaxı rayonunun Qaravəlli kəndində (köyündə) doğulub.1979-1989-cu illərdə Şamaxı rayon Qaravəlli kənd orta məktəbində orta təhsil alıb.1990-1992-ci illərdə sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olub.1993-cü ildən mətbuat sahəsində çalışır. Dörd şeir, on yeddi publisistik kitabın, yüzlərlə məqalə, rəy və resenziyaların, onlarla elmi məqalənin müəllifi, yüzlərlə kitabın redaktorudur. Bir sıra mükafatların, təşəkkür və diplomların sahibidir. Hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, «Yeni Təfəkkür» qəzetinin və “Səda TV”-nin əməkdaşıdır. 17 publisistik kitabından11-i elmi kitabdır (monoqrafiya).

 

                             

                                                         

Rana İslam Değirmenci Kimdir?

Öğretmen / Yazar

             Adapazarlıdır. Kökleri Bosna’ya dayanır. Hacettepe Üniversitesi Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı bölümü mezunudur(1988). Ankara-Yenimahalle Gazi Anadolu Lisesinde Uzman Türk Dili ve Edebiyatı öğretmeni olarak mesleğini sürdürmektedir. THK Üniversitesi Sosyal Bilimler Enstitüsü İşletme Anabilim Dalı Yönetim ve Organizasyonda yüksek lisansını tamamlamıştır(Temmuz 2013). Anadolu Üniversitesi Kamu Yönetimi 3. Sınıf öğrencisidir(2021).Ahmet Yesevi Üniversitesi ‘Türk Edebiyatı İsimler Sözlüğü’(27 Cilt, 14 bin madde, Şubat-2020) projesinin 20.Yüzyıl Anadolu / Osmanlı / Türkiye sahası, ‘Yeni Edebiyat’ alanında Öğretmen / Yazar olarak ‘Rana İslam Değirmenci’ maddesinde yer almıştır.  İLESAM, Türkiye Dil ve Edebiyat Derneği(TDED), Türkiye Yazarlar Birliği(TYB) ve Dünya Söz Akademisi(DÜSA) üyesidir. Yazarın gençlere ve yetişkinlere yönelik Yazarlık Atölyeleri (NAR-RÂNÂ YAZAR OKULU) bulunmaktadır. MUSİKÂR Edebiyat Kültür Eğitim Dergisinin imtiyaz sahibi ve genel yayın yönetmenidir.

Hikmət Məlikzadə*,

Şair-publisist, Prezident mükafatçısı

 

Ədəbiyyat ideya deyil, həyat duyğusudur...

 

(Birinci yazı)



Kaynak: Haber Merkezi
Editör: Rana İslam Değirmenci
Bu haber 401 defa okunmuştur.
HABERE YORUM YAZIN



FACEBOOK YORUM


DİĞER GÜNDEM HABERLERİ

gazete manşetleri 
ANKETİMİZE KATILIN

Türkiye'nin Son Durumu?

39.5%

18.4%

15.8%

26.3%


PUAN DURUMU

E-BÜLTEN ABONELİĞİ