Ankara booked.net
+19°C

04-06-2021 11:39 Kategori: GÜNDEM | Bölge: Ankara

Türk'ün Lideri Recep Tayyip Erdoğan

Türk'ün Lideri Recep  Tayyip Erdoğan
  • Facebook Paylaş
  • Yorum Yaz

"‘Türk’ün Baş Ucalığıdır Receb Tayyib Erdoğan’"

-Türk’ün ‘Bir’liğine Edebiyat Coşkusu-

Dağlık Karabağ’ın ikinci büyük şehri Şuşa’nın Azerbaycan kontrolüne geçmesi sonrası 9 Kasım 2020 tarihinde Rusya’nın arabuluculuğu ile Azerbaycan ve Ermenistan arasında ‘Ateşkes Anlaşması’ imzalandı. Azerbaycan’ın askerî ve diplomatik zaferi ile sonuçlanan anlaşma ile Dağlık Karabağ bölgesindeki tüm çatışmalara 10 Kasım 2020 tarihinde Moskova saati ile 00.00 itibarı ile son verildiği açıklandı. 

 

Zaferle sonuçlanan savaşın ardından Dağlık Karabağ’da yeniden imar çalışmaları başlatıldı. Ve yerinden edilmiş on binlerce Azerbaycan Türkü toprağına geri dönmeye başladı. Savaş sonunda siyasî konumunu güçlendiren Azerbaycan Cumhurbaşkanı İlham Aliyev tarafından 10 Aralık 2020’de Cumhurbaşkanımız Recep Tayyip Erdoğan’ın katılımı ile başkent Bakü’de geniş kapsamlı bir askeri geçit töreni –bir anlamda, Zafer Geçidi”- düzenlendi. Ne gurur verici bir tablodur ki milletin birlik ve dirliğinin nişanesi olan ‘Devlet’in en başındakiler aynı zamanda iki devletin de bir ve beraber olduğunu yan yana ve kararlı duruşlarıyla dünyaya bir kez daha ilan ettiler.

 

İşte o tarihlerde Bakü’de yaşayan Gazeteci- Şair Hikmet Melikzade ‘bir millet iki devlet’ şiarı ile el ele veren, Azerbaycan ile Türkiye’nin ‘bir’ olduğunu gösteren iki liderin ve her daim ‘tek millet’ oluşun coşkusunu ruhunda duyar. Cumhurbaşkanımız Recep Tayyip Erdoğan için kendisinin “Analitik Peomia” dediği, bizim ise “Destan” diyebileceğimiz bir lirik manzum kaleme aldı. Bu şiirini kardeş devlet olarak gördüğü Türkiye’de yayınlamak istedi. Ve bu isteğini  ‘kalemdaşı ve kardeşi’ olarak gördüğü bana iletti. Bana bu onuru yaşattığı için Hikmet Melikzade’ye huzurunuzda teşekkür ederim.

 

Tek milletin iki kardeş devletinin cumhurbaşkanları nezdinde ‘birlik’ini ifade eden zafer geçidi kadar yine iki kardeş devletin dostluk ve kardeşliğini Türk milletinin birer ferdi olarak şair ve mütefekkirlerinin de ‘edebiyat bayrağı’ altında göstermesi gerektiğini, nice ‘Zafer’in  her zaman ve her yerde bir bütün olan ‘Türk Milleti’nin olduğunu / olacağını, sevincin de (tasanın da)  kardeşler arasında paylaşılması gerektiğini düşünerek Gazeteci- Şair Hikmet Melikzade dost ve kardeşimin“Türk’ün Lideri Recep Tayyip Erdoğan” isimli ‘Destan’ını Melikzade’nin adına -ama Türk’ün ediplerinin de ‘bir oluşunun bana verdiği aynı moral gücü ve coşkusu ile- sizlerle paylaşmaktan mutluluk ve gurur duyuyorum:

 …

Türkün Baş Ucalığıdır Rəcəb Tayyib Ərdoğan

(Analitik Poema)

 

-Yenilməz Türkiyə Dövlətinin 12-ci Prezidenti, Azərbaycanın zəfər işində xüsusi önəmi olan çox hörmətli Rəcəb Tayyib Ərdoğana həsr edirəm.-  Hikmət Məlikzadə- Bakı

 

Türk’ün Lideridir Recep Tayyip Erdoğan

(Destan)

 

-Azerbaycan'ın zafer kazanmasında (10 Kasım 2020-Azerbaycan Zaferi) özel bir öneme sahip olan, yenilmez Türk Devletinin 12. Cumhurbaşkanı, saygıdeğer Recep Tayyip Erdoğan' a armağan ediyorum.   Hikmet Melikzade – Bakü

 

Zənnimcə, Adəm, Cənnətdən çıxanda                                              

əyninə bükdüyü yarpağa “kürk” deyib.

Allah, əzminə, hünərinə görə ona Türk deyib...

O vaxtdan Türkün gücü Türk gücüdü,

O vaxtdan Türk qadını nər doğar,

Türk anaları nər doğan...

Türkün baş ucalığıdı

Soyuq qitələri ilıq təbəssümlə isidən,

Arxasıza arxa, yurdsuza yurd olan,

Eli qurd, ulusu qurd olan

Rəcəb Tayyib Ərdoğan. 

...Onu türkə bəxş edib

Şəhərlər şəhəri İstanbul,

əzəmətli Kasımpaşa bölgəsi.

O vaxtdan can Azərbaycanın

üstündədir kölgəsi.

Qoymaz acı çəksin haradasa

bir ər oğlu - bir qurd oğlu - bir Türk oğlu.

Sınmaz Adəm övladıdı,

Turan eşqidi dərdi,

Yalana yalan, haqqa haqq deyən ərdi

Rəcəb Tayyib Ərdoğan -

Türkün 12-ci prezidenti,

Türkiyənin 12-ci Dayağı.

Türkə güc verir Atatürksayağı...

Onun həyat əzmidi

Oxuduğu Piyalə Paşa məktəbi.

Vətən duyğularına rəng,

Vətəndaş qüruruna Atatürk sevgisi qatıb

İmam Xatib liseyi, Mərmərə Universiteti.

Milli Türk Birliyinin fövqüdür

Onun fəal, çevik yolu.

Burada bəlli olub onun

İslami dəyərlərə sadiqliyi.  

Onun dövlət sevgisinə coşqu verib

Zabit təhsili aldığı Tuzla.  

Onu nə yağış qorxudar, nə dolu.

Savaş açanın üzünə savaş açar,

Barış açanın üzünə barış.

Onun siyasi əqidəsi ilə daha aydın

siyasi xəttə keçib Türkiyə...

Onu özünə Atilla, Atatürk seçib Türkiyə...

Can Azərbaycanın dar günü -

dərd, qoşun yığıb üstümüzə ayaq açdığı an

O, bir Simurq quşutək dadımıza çatdı,

Gücümüzə güc, sevgimizə sevgi qatdı.

O, bir dağ oldu arxamızda, qoymadı basılaq.

Qoymadı zülmün dar ağacından asılaq.

Tapdayıb keçdi arxalı yağını,

Əritdi qapılarımızın ağzında

təlatüm yaradan əsarət dağını.

Köksümüzdən çıxartdı çarmıx acılarını.

Sevindirdi xalqımızı – öz türk qardaş-bacılarını.

- Düz yoldan əyrilər keçməz, - dedi, -

Qurd oğlu özünə köpəkdən dost seçməz, - dedi.

Qovdu qapımızdan sərsəm köpəkləri,

- Biz eyni kök, eyni qanıq, - dedi, -

Biz bir bətndə iki canıq, - dedi...

 

***

 

İyirmi səkkiz ildir hər 26 fevralda –

O dəhşətli Xocalı soyqırımı günü

Qan verir içimizin yara yerləri.

Rəcəb Tayyib Ərdoğan – Türkün yenilməz oğlu

Qələbə rəngli səadət çiçəklərinə bürüdü

Vüqarımızı sındıran,

Qürurumuzu əyən o qara yerləri...

Onun dəstəyi ilə düşməndən

xilas etdi Qarabağı müzəffər ordumuz.

O, bizə yaşatdı bu şad günü.

Nə xoş ki, Rəcəb Tayyib Ərdoğanın

2021-də Xocalıda olacaq ad günü.

Həmin gün Türk bir daha zəfər çalacaq.

Bundan sonra 26 fevral yaddaşımızda

Türkün zəfər günü kimi qalacaq!

 

***

 

Hünərdə, yarışda da birik,

Savaş qədər barışda da birik.

Atadan birik, anadan birik,

Əvvəl də bir idik, sonadək birik!

 

***

 

Qurd, ov anında yanlışlıq etməz.

Qurdun gözü ovda olar, fikri bərədə...

Millət qəflət yuxusunda çabalarkən

Məhz Ərdoğan qarşı durdu

Türkiyənin Ermənistanla əlaqələr qurmasını

tələb edən bəzi qüvvələrə də.

Şərt qoydu: İşğaldan azad edilməli

Azərbaycan torpaqları.

Nə xoşbəxtdi – Türkəm, - deyən!

Türkün uzatdığı qol əngəl tanımaz...

Çox gözəl demiş sayın Ərdoğan:

“Bizim dəyərlərimizdə yol əngəl tanımaz.

Önündə məscid belə olsa, yıxar,

basqa yerdə inşa edərik”...

Biz bu iradə ilə ən ucqar,

ən çıxılmaz ucalıqlara belə gedərik...

 

***

Türk silkələnəndə aləm ürkdü.

Türkdən böyük yenə türkdü...

Necə ki, sayın Ərdoğan

23 aprel şənliyində yerini verdiyi uşağa:

- Baş nazir sənsən, istər asar, istər kəsərsən, - dedi.

Böyüklüyə, türkün türkə verdiyi dəyərə bax, İlahi!

Belə təpər tapır türkün dizi,

Belə güc tapır türkün qolu...

“Türkün Türkdən başqa dostu olmaz”.

Türkün gözü özündə olar,

Türkün yad eldə postu olmaz.

Türk sınar, əyilməz.

Türkün and yeri ibadət yeri olar, -

Türkün and yeri dəyilməz...

İndi can Azərbaycanda hamımızın bir şüarı var:

- Türkün istiqlalı ilə yanır Günəşin, Ayın, Ərdoğan!

Yoxdu bu dünyada tayın, Ərdoğan!

Sən çox böyüksən, sayın Ərdoğan!

 

***

Qurddan Qurd doğar...

İgidləri çox olan elin

ayaqları altındakı yurd, doğar.

... Rəcəb Tayyib Ərdoğan -

Yafətin oğlu, Nuhun nəvəsi…

O, Atilla kimi ölməz,

Fateh Sultan Mehmet kimi sərt,

Sultan Suleyman Qanuni kimi məğrur,

Sah İsmayıl Xətai kimi hünərvər,

Mustafa Kamal Ataturk kimi qətiyyətli.

Türkün Türk oğlu…

Görk oğlu, Ərk oğlu,

Xalqın Bərk oğlu…

Eyni hədəfə vura bilməyənlərə,

 

Yerlərində dura bilməyənlərə: -

Mənim millətimin dili təkdir.

Bu, türk millətidir, dili təkdir.

Mən nə tək din dedim, nə tək dil dedim.

Heç bir yerdə mənim belə ifadəm yox – dedi

Böyük Türkiyənin böyük lideri.

- Gözüm də, könlüm də tox, - dedi.

 

***

 

Ərdoğan yenilməz, Türkiyə mətin,

…İmanı olana pir, and yeridir.

Vətən həm buradı, Vətən həm ora,

Bura da, ora da bir and yeridir.

 

***

Atatürk timsallıdı

Qayan, Tayyib Ərdoğan.

Halallıqdan yogrulub

Mayan, Tayyib Ərdoğan.

 

Bulud kimi dolmusan,

Qələbəyə yolmusan?!

Hamımıza olmusan

hayan, Tayyib Ərdoğan.

 

Göylər köksün bələr də,

Tez-tez yağış ələr də…

Həmişə zirvələrdə

dayan, Tayyib Ərdoğan!

 

 

***

 

Heç kimin torpağında gözü yox Türkün,

Bir qarış torpağını da kimsəyə verməz.

Qatı qaranlıqlar içindən zəfərlə çıxan

Şəfqət doğuşudu Türkün doğuşu.

Sərt qaya duruşudu duruşu,

Tanrı vuruşudu vuruşu…

 

***

 

Rəcəb Tayyib Ərdoğan,

uymaz hiyləyə, kinə.

Tunc barmaqları ilə uğurlu imza atdı

terrora qarşı mübarizə tarixinə.

İqtisadi gücünü artırdı o Türkiyənin

əsl ər, əsl rəhbər kimi.

İndi o böyük Türkiyədə sabitlik, ədalət,

bir də tolerantlıq və sülh bərqərardır.

Türkiyənin birinci işidir indi Qüds, Dəməşq,

Bagdad, Qahirə, Tripoli və Krım...

İndi Türkiyə üçün güzəşt məsələsi deyil

Kiprdə, Şərqi Aralıq, Egey dənizindəki türk hüququ

 

 

***                                                                                                            

 

Bizə qürur verir iki dövlət,                                                                                                                                                                                                                                                            

Bir millət arasındakı qardaşlıq əlaqələri.

Böyük Atatürk də demişdi,

Cənab Ərdoğan da deyir:

“Azərbaycanın sevinci sevincimiz,

kədəri kədərimizdir”.

Mədəniyyət və etnik köklərdir

Türkü türklə birləşdirən şanlı tarix.

Dünyaya nümunədir türklə türkün münasibəti.

Cənab İlham Əliyev demiş:

-Türkiyə dünya çapında bir gücdür...                

 

***

 

Neçə illərdi düşmən                                                                                 

gözlərimdən almışdı uyğumu.

Neçə illərdi acı dadırdı

torpağıma həsrət gözlərim...

Bu şeir bir dua, bir əzan səsidi,

Bu şeir Türkün yağı üzərində Qələbəsidi -

Ricam, qəbul et bu vətəndaş duyğumu!

Sən, ey anası Ər doğan,

Türkün baş ucalığı - 

Rəcəb Tayyib Ərdoğan!!!

 

25 Noyabr 2020-ci il

 

***

(Türkiye Türkçesi- Çeviren: Rana İslam Değirmenci)



Kaynak: Haber Merkezi
Editör: Rana İslam Değirmenci
Bu haber 398 defa okunmuştur.
HABERE YORUM YAZIN



FACEBOOK YORUM


DİĞER GÜNDEM HABERLERİ

gazete manşetleri 
ANKETİMİZE KATILIN

Türkiye'nin Son Durumu?

38.3%

21.3%

12.8%

27.7%


PUAN DURUMU

E-BÜLTEN ABONELİĞİ